Saytın istifadə
şərtləri
Diqqət! Xahiş olunur,
bu veb-saytdan (bundan sonra “Veb-sayt”) istifadə etməzdən öncə “Saytdan
İstifadə Qaydaları” (bundan sonra ismin müvafiq halında “Qaydalar”) ilə ətraflı
tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, Veb-saytı tərk edə bilərsiniz.
Əks halda Veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Qaydalardakı
şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək.
Bu Veb-sayt,
ümumilikdə, müəllif hüquqları və əmtəə nişanları ilə qorunur.
Hörmətlə,
“gitex.az”
Hörmətli istifadəçi
(bundan sonra bəzən ismin müvafiq halında “Siz”)!
Nəzərinizə çatdırırıq
ki, www.gitex.az saytı “Gi-Tex” mağazalar şəbəkəsinin rəsmi veb-saytıdır. Əlavə
olaraq onu da bildiririk ki, “Gi-Tex” bir əmtəə nişanıdır və bu əmtəə nişanı “Gi-Tex”
MMC-yə məxsusdur. Bu sənədin mətnində bundan sonra ismin müvafiq hallarında
“Biz” deyildikdə, “Gi-Tex” MMC (“Gi-Tex” mağazalar şəbəkəsi, gitex.az) nəzərdə
tutulacaqdır.
Biz, bu Qaydalara,
həmçinin veb-saytdakı bütün digər məlumat və materiallara istənilən vaxt
birtərəfli şəkildə əlavə və dəyişikliklər edə və etdiyimiz belə əlavə və
dəyişiklikləri bu Veb-saytda yerləşdirə bilərik. Qaydalara edilmiş əlavə və
dəyşikliklərə dair bildirişlərin bu Veb-saytda yerləşdirilməməsi belə əlavə və dəyişikliklərin
hüquqi qüvvəsinə hər hansı formada təsir göstərmir və gələcəkdə onun
etibarsızlığına əsas verən səbəb ola bilməz.
Veb-saytda əks olunan
məlumatlar Sizin istifadəniz üçündür. Biz Veb-saytda etibarlı və müasir
informasiya yerləşdirməyə cəhd göstəririk, lakin bu Veb-saytda yerləşdirilən və
ya təklif olunan məlumat və materialların düzgünlüyü, vaxtında yerləşdirilməsi,
bütövlüyü və ya uyğunluğu barədə zəmanət və ya təminat vermirik. Siz bu məlumat
və materiallarda xətalar və ya səhvlər ola biləcəyini və bizim hər hansı belə
xəta və ya səhvlərə görə qanunvericilik çərçivəsində müəyyənləşdirilmiş həddə
məsuliyyətdən azad olduğumuzu qəbul edirsiniz.
Bu Veb-saytda olan hər
hansı məlumatların və ya materialların istifadəsi ilə bağlı bütün risklər Sizin
öz üzərinizdədir və buna görə Biz heç bir məsuliyyət daşımırıq. Bu Veb-saytda
yerləşdirilən hər hansı məlumatın xüsusi tələblərinizə cavab verəcəyindən əmin
olmaq sizin məsuliyyətinizdir.
Bu Veb-saytda
yerləşdirilən bütün məlumatlar, sənədlər, o cümlədən bu Veb-saytın dizaynı,
tərtibatı, görünüşü və grafikləri, həmçinin bütün digər materiallar üzərində
hüquqlar müstəsna olaraq Bizə məxsusdur. Belə məlumatlar, sənədlər, materiallar
Bizim bilavasitə və aşkar yazılı razılığımız olmadan hər hansı formada yüklənə,
sürəti çıxarıla, yayıla, yenidən dərc edilə, çoxaldıla, nümayiş etdirilə, elan
oluna və ya ötürülə bilməz.
Bu Veb-saytda dərc
olunan və yerləşdirilən bəzi məlumat və materiallar qarşılıqlı razılıq əsasında
digər mənbələrdən əldə oluna bilər. Belə məlumatların yerləşdirilməsi zamanı
həmin məlumatlara dair hüquqları özündə saxlayan subyekt(lər)in razılığının
alındığı güman olunur.
İctimaiyyət üçün açıq
olan məlumatların, habelə dövlət və bələdiyyə orqanları tərəfindən elan olunan
məlumatların bu Veb-saytda istifadə və əks olunmasına heç bir razılıq tələb
olunmur və belə məlumatların yerləşdirilməsi zamanı həmin məlumatlara dair
hüquqları özündə saxlayan subyekt(lər)in razılığının alındığı güman olunur.
Bizim Veb-saytdan daha
geniş istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz tələb olunur.
Qeydiyyatdan keçərkən barənizdə tələb olunan müəyyən şəxsi məlumatları müvafiq
xanalara daxil etməyiniz mütləqdir. Belə məlumatları daxil edərkən qrammatik
tələblərə riayət etməyiniz xahiş olunur. Daxil etdiyiniz məlumatlardakı
yanlışlıqlara və ya belə məlumatdan istifadə etməklə qeydiyyatdan keçərək
aktivləşdirdiyiniz hesabla etdiyiniz hərəkət və ya hərəkətsizliklərə görə Biz
heç bir məsuliyyət daşımırıq.
Veb-saytdan istifadə
zamanı hər hansı məhsulu almaq barədə qərar verdikdə, Siz müəyyən əməliyyatları
etməklə ödəmə səhifələrinə yönləndirilirsiniz. Xüsusilə nəzərə almağınızı xahiş
edirik ki, həmin ödəmə səhifələri “Gi-Tex” mağazalar şəbəkəsi ilə tərəfdaşlıq
edən müxtəlif maliyyə qurumlarına və banklara məxsus ola bilər. Daxil etdiyiniz
bank (kart) məlumatlarının təhlükəsizliyinə görə Biz heç bir məsuliyyət
daşımırıq. Həmin məlumatlarınız (bank məlumatlarınız) bizim serverlərdə
saxlanılmır. Lakin Siz müəyyən xidmətlərimizin operativliyini təmin etmək
məqsədilə yalnız öz iradəniz daxilində və öz arzunuza görə, “Banklar haqqında”
Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin (“bank sirri”)
tələblərini gözləmək şərtilə, bank hesabınıza dair məlumatları bizə təqdim edə
bilərsiniz. Biz həmin məlumatları qorumağa və yaymamağa görə cavabdehlik
daşıyırıq.
Sizin bu Veb-sayta
yerləşdirdiyiniz və göndərdiyiniz məlumatlar, habelə Veb-saytda etdiyiniz
əməliyyatlarınıza, hərəkət tarixçənizə dair bütün məlumatlar Bizim üçün mütləq
konfidensial xarakter daşıyır və onların konfidensiallığının qorunmasına
zəmanət verilir. Belə məlumatların konfidensiallığının təmin edilməsinə dair
ətraflı məlumatla saytımızın “Konfidensiallıq Siyasəti” bölməsində tanış ola bilərsiniz.
Bu veb-saytda üçüncü
şəxslərin sahibliyində olan, üçüncü şəxslər tərəfindən idarə olunan saytlara,
habelə xarici internet saytlarına yönləndirmələri təmin edən keçidlər (linklər)
ola bilər. Belə keçidləri əlavə etməkdə yeganə məqsədimiz, Sizi mümkün qədər
ətraflı məlumatlandırmaq, həmçinin saytdan istifadənizin daha da asan,
səmərəli, qənaətcil və produktiv şəkildə həyata keçirilməsini təmin etməkdən
ibarətdir.
Keçidlərə klikləməklə
daxil olduğunuz saytda qarşınıza çıxacaq məlumatlara və materiallara Biz
nəzarət etmirik və onlara görə heç bir məsuliyyət daşımırıq. Müvafiq saytlara
dair keçidlərin yerləşdirilməsi, hələ Bizim həmin saytlarla əməkdaşlıq
etməyimiz, onlarla aramızda bu və ya digər əlaqənin olması anlamına gəlməməli,
tərəfimizdən həmin saytlardakı malların, işlərin, xidmətlərin, elan və
çağırışların və bütün digər materialların təşviqi, yaxud reklamı kimi başa
düşülməməlidir. Sözügedən keçidlər vasitəsi ilə müvafiq saytlara daxil olmaq
imkanının mövcud olması, hələ Bizim həmin sayt barəsində müəlliflik, əqli
mülkiyyət və digər əlaqəli hüquqlara müdaxilə etməyimiz, onları
məhdudlaşdırmağımız və ya mənimsəməyimiz kimi təfsir edilə bilməz. Belə yerli
və ya xarici saytlar vasitəsi ilə Sizin şəxsi məlumatlarınızın yayılmasına görə
Biz heç bir məsuliyyət daşımırıq.
Siz, bu Veb-saytın və
ya burada keçidi verilmiş hər hansı başqa saytın istifadəsi ilə əlaqədar
yaranan və ya yaranması iddia olunan zərər və ya ziyana görə bizim birbaşa və
ya dolayısı ilə məsuliyyət və ya cavabdehlik daşımayacağımızı qəbul edir,
bununla razılaşırsınız. Biz, bu Veb-saytdan və ya bu Veb-saytda verilmiş keçidə
daxil olmaqla digər veb-saytdan istifadə etməyiniz nəticəsində (habelə hər
hansı materialı yükləməyiniz nəticəsində) sizin kompüter avadanlıqlarınıza,
mobil cihazlarınıza və bu qəbildən olan bütün digər avadanlıqlarınıza sızmış
viruslar və ya texnoloji cəhətdən digər zərərli materiallar tərəfindən dəyən
hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımırıq.
Bu Veb-sayt vasitəsilə
Sizə iştirakçıların hüquq bərabərliyi, iştirakçıların iradə sərbəstliyi,
iştirakçıların əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə
azadlığı, sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, azad və
ədalətli rəqabət, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst
hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərini
rəhbər tutmaqla, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının
Qanununun tələblərinə uyğun olaraq elektron ticarət etmək imkanı təklif olunur.
Bu Veb-sayt vasitəsi ilə Siz elektron ticarət etməklə mülki dövriyyəsi qadağan
edilməyən və “Gi-Tex” mağazalar şəbəkəsində satışı həyata keçirilən malları
əldə edə bilərsiniz.
Veb-saytımızın
inkişafının və əlçatanlığının təmin edilməsində öz töhvənizi vermək kimi bir
niyyətiniz olarsa, o zaman Siz könüllü olaraq bu Qaydalarda göstərilən elektron
poçt vasitəsi ilə Bizə müxtəlif mətnlər, şəkillər, səslər, proqramlar və ya
başqa məlumatlar (materiallar) göndərə bilərsiniz. Bu tip elektron maili
göndərməklə Siz təqdim etdiyiniz müvafiq mətnlər, məlumatlar və materiallardan
tam həcmdə və öz iradəmiz daxilində istifadə etmək hüququnu Bizə ötürmüş
olursunuz. Həmçinin Siz təminat verirsiniz ki, bu mətnlər, məlumatlar və
materiallar qanunidir, qanuni yolla əldə edilmişdir və digər şəxslərə ziyan
vura bilməz.
Belə mətnlərə,
məlumatlara və materiallara dair Biz konfidensiallıq öhdəliyi daşımırıq.
İntellektual mülkiyyət hüququnu pozan, böhtan, hədə, yoxlanılmamış, yanlışlığa,
cəmiyyətə və dövlətə qarşı açıq çağırışlara sövq edən, təhqiramiz, nalayiq,
skandal, təhrikçi, pornoqrafik xarakter daşıyan, şəxslərin şərəf və ləyaqətinə,
işgüzar nüfuzuna xələl yetirən məlumat və materialların və ya Azərbaycan
Respublikasının qanunvericiliyini pozan və qanunsuz davranışa səbəb olan və
yaxud təhrik edən bu kimi başqa məlumat və materialların yerləşdirilməsi və ya
verilməsi məqsədilə bu Veb-saytdan istifadə etmək qəti qadağandır. Bu kimi
neqativ hallar baş verərsə, tərəfimizdən dərhal müvafiq hüquq-mühafizə
orqanlarına məlumat veriləcəkdir.
Bu Veb-saytdan
istifadə ilə əlaqədar yaranan münasibətlərə Azərbaycan Respublikasının
qanunvericiliyi tətbiq olunur.
Təklif və
iradlarınızla bağlı Bizimlə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya
bilərsiniz:
E-mail: info@gitex.az;
Whatsapp: +994 10 510 01 07