Konfidensiallıq siyasəti
Konfidensiallıq
siyasəti
Bu sənəddə (bundan
sonra “Sənəd”) qeyd olunan şərtlər, www.gitex.az saytı ilə (bundan sonra “Biz”,
“Gi-Tex” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”)
arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin
edilməsi məqsədini daşıyır.
Bu Sənəddə “Gi-Tex”
dedikdə, “gitex.az” əmtəə nişanının sahibi – “Gi-Tex” Məhdud Məsuliyyətli
Cəmiyyəti nəzərdə tutulur.
Bu Sənəddə
“İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş
şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi
daxil olan şəxslər nəzərdə tutulurlar.
Biz, sizin Veb-sayta
daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş
məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi
sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik.
Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan güvənli
şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata
keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların
konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki,
Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Konfidensiallıq Siyasəti” ilə tanış
olmağınızı tövsiyə edirik.
www.gitex.az
veb-saytının “Konfidensiallıq Siyasəti” başda ölkənin ali qanunu olan
Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının
tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar
haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi
aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
www.gitex.az
veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və
vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq,
könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə aid fərdi
məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim
edildiyi andan mühafizə olunur.
İstifadəçinin nəzərinə
çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı,
atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və
elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu
fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi
məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur
və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş
hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar)
istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.
Baş vermiş inzibati
xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd
əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş
verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti
belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar
hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya
rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin
tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara
təqdim edilə bilər.
Nəzərinizə çatdırırıq
ki, Veb-saytımızda müxtəlif digər veb-saytlara, internet platformalara keçidlər
yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığınız
yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin
edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet
platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin
konfidensiallığına “Gi-Tex” zəmanət vermir və cavabdehlik daşımır.
İstənilən halda siz
fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız.
Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz
üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif
məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda Veb-saytda nəzərdə
tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Yuxarıda qeyd
olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “Gi-Tex”
gələcəkdə istənilən zaman bu “Konfidensiallıq Siyasəti”nə birtərəfli qaydada
dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi
müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş
müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadələrinin
daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.).
Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının
təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər zaman rəhbər
tutulacaqdır.
Bu sənədlə bağlı hər
hansı iradınız, təklif və ya şikayətiniz olarsa, aşağıdakı vasitələrlə Bizimlə
əlaqə saxlamağınızı xahiş edirik.
E-mail: [email protected]
Whatsapp: +994 10 510
01 07