Səbətiniz

Zəmanət

Zəmanət siyasəti

Gitex.az veb saytımızdan satın alınan bütün məhsullar istehsalçının (zavod/fabrik) qüsurlara dair zəmanətinə tabedir. Hər bir məhsul üçün zəmanət müddəti onun açıqlama bölməsində qeyd edilir. Əgər qeyd edilməyibsə, həmin məhsul üçün zəmanət müddəti 14 gün təşkil edir.

Biz hər hansı yoxlama və ya təmir zamanı məhsulda saxlanılan hər hansı şəxsi məlumatın itirilməsinə görə məsuliyyət daşımırıq.

Zəmanət şərtləri

  1. Avadanlığa verilən zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri, bu mümkün olmadıqda yenisi ilə əvəz olunması və yaxud ödənişin geri qaytarılması deməkdir.
  2. Avadanlıq yalnız tam komplektində, qutusu(varsa) saxlanıldıqda, orijinal xarici görünüşü zədəli olmadıqda və daxili parametrlərinə uyğun olduqda zəmanət servisi üçün qəbul edilir. 
  3. Zəmanət xidmətini həyata keçirmək üçün (təmir, baxış və s.) məhsul alıcı tərəfindən qeyd edilən ünvana gətilirməlidir. Əgər eyni məhsul alıcı tərəfindən 3 dəfədən çox təmirə gətirilərsə, şirkət yol xərcini qarşılaya bilər və ya zəmanət servisini həyata keçirmək üçün öz əməkdaşını məhsul olan yerə göndərə bilər.
  4. Hər bir məhsulun qutu daxilində düzgün istifadə qaydası göstərilən Təlimat kitabçası vardır, məhsulu istifadədən öncə Təlimat kitabçasına nəzər salmağınız, ehtiyatsızlıqdan yarana biləcək qüsurların qarşısını almağınıza kömək edəcəkdir.
  5. Alınan istənilən məshul alış tarixi nəzərə alınmamaq şərti ilə 14 gün müddətində dəyişdirilə və ya qaytarıla bilər. Bu isə bəzi şərtlər daxilində həyata keçirilir.Həmin şərtlərlə tanış olmaq üçün Gitex.az saytına daxil olaraq Geri Qaytarma siyasəti bölməsinə keçid edə bilərsiniz.
  6. Zəmanət təmiri həmin avadanlığın servis xidmətinə qəbul edildiyi tarixdən etibarən 3 gün (avadanlığın tipindən asılı olaraq bu müddət 10 günə qədər uzadıla bilər) ərzində yerinə yetirilir. Avadanlığın təmir prosesi mümkün olmadığı halda, alıcının razılığına əsasən 3 yolla həll edilir. 1-ci yol: yeni məhsul ilə əvəzlənilir, 2-ci yol: alış zamanı ödənilən dəyər(məbləğ) alıcıya geri qaytarılır, 3-cü yol: həmin seriyadan olan və ya olmayan başqa avadanlıqla güzəştli şəkildə əvəzləşdirilmə edilir.

 

Zəmanətin qüvvədən düşmə halları:

  1. Məhsulun zəmanət müddətinin tarixi bitdikdə.
  2. Məhsul təmir edilməsi üçün digər servis, qurum və ya hər hansı 3-cü şəxslərə təqdim edildikdə və məhsula istənilən şəkildə hər hansısa kənar müdaxilə olunduqda.
  3. Gitex.az -dan hissəli ödəniş ilə alınan məhsullarda, ödənişin gecikməsi olduqda və ya hansısa müqavilə şərtləri pozulduqda.
  4.  İstifadə Təlimatındakı şərtləri düzgün tətbiq etməməsi nəticəsində yaranan zədələri, elektrik dövrəsini və ya avadanlıqda yaranan hər hansı nasazlıq olduqda
  5. Düzgün quraşdırılmaması, qırılması, məhsul üzərinə maye dağılması və ya müştərinin digər səhvləri nəticəsində baş verən bütün hallarda.

Bütün bu hallarda təmir zəmanət xidməti xaricində təşkil edilə və ya müştərinin öz mənbələri tərəfindən təmir edilə bilər.