İnsan Resursları
Gitex.az müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin portativ
məhsulların pərakəndə və topdan satışını həyata keçirir. Təklif etdiyimiz malların orijinal versiyalarının yalnız
bizdə mövcud olması, həmin malların yüksək keyfiyyəti həmçinin göstərdiyimiz
peşəkar xidmətə görə Azərbaycan bazarında çox qısa müddət ərzində aparıcı
mövqelərdən birini tutmuşuq.
"Gi-Tex"
davamlı olaraq inkişaf üzərində çalışır və bu səbəbdən daima yeni əməkdaşlara
ehtiyac duyulur. Komandamıza alınan hər bir əməkdaşda axtardığımız ən prioritet məsələ onun aldığı təhsil və təcrübələrdən də öncə vicdanlı və dürüst olmasıdır.
Biz
həyatımızı dəyişdirən innovasyialardan ilhamlanaraq, gördüyümüz işləri daha da
mükəmməlləşdirməyə, müştərilərimizə və digər maraqlı tərəflərimizə maliyyə təhlükəsizliyini
təmin etməyə çalışırıq..
Biznesimizin
təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman,
hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq
deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və
qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda
belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin
maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız,
müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların
etimadını qazanmaq deməkdir.
Kənardakılar həmişə, verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə
qiymət verəcək. Və işimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı
ilə düz mütənasibdir..
Biz
öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda
yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı
olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla
yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli
biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı
qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə
öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir.
Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də, biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz də şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.Çünki biz bunu dəyərləndiririk. Görməzdən gəlmirik və daima mükafatlarla qiymətləndiririk.
Çox təəssüf ki hazırda vakansiyamız mövcud deyil, buna baxmayaraq,
Sizdə Bizə qoşulmaq və bu gənc kollektivdə uğurlu, daimi və bol qazanclı karyera qurmaq istəyirsinizsə aşağıdakı ünvana CV-nizi göndərə bilərsiniz.
Yeni vakansiyalarımız olduqda ilkin olaraq öncədən yollanılan CV-lər dəyərləndirilir.