Ultra nazik led


















- Anbar Qalığı: Anbarda qalıb
- Model: Tex292
Mövcud seçimlər
Gümüşü rəngli bu ultra nazik led işıqlar evinizin bütün güşələrində dekorotiv və effektiv işıqlandırma yaradacaqdır.
Quraşdırılması çox rahatdır, qutu daxilində kiçik 1mm nazikliyində dəmirlər var, üzəri hazır yapışqanlı, lenti soyub dəmirləri istədiyiniz yerə, mebelə, taxtaya, aboy, kafel, pvc və s. səthə yapışdırırsınız.
Ledin daxilində görünməyən maqnit var, həmin dəmirlərə yapışır, istənilən zaman Ledi maqnitdən ayıraraq şarj edə bilirsiniz.
1-2 saat ərzində tam dolur və tam dolu vəziyyətdə mütəmadi yanılı qaldıqda 6 gün, gecə/gündüz rejimi ilə 20-25 gün çalışır.
Pult ilə idarə oluna bilən ledlərin 3 fərqli işıqlandırma rejimi vardır: Neytral işıq(4000K), Ağ işıq(3000K) və İsti(sarı) işıq(6000K). Hər bir leddə işığı hər üç rəngə dəyişmək olur.
Bundan əlavə işıqlandırma dərəcəsini(zəif/güclü) tənzimləmək mümkündür.
Qaranlıqda avtomatik yanma sensoru(gecə/gündüz sensor), hərəkət gördükdə avtomatik yanma sensoru və s. kimi üstünlüklərə malikdir.
Uzunluğu 2 fərqli ölçüdə mövcuddur:
60sm(4LED),
80sm(5LED)